Ekonomiks 17:54 02.02.2024

Gənclər günündə “Gənc İstedadlar Proqramı”nın qalib gəncləri ilə görüş baş tutdu

2 fevral-Gənclər Günü münasibəti ilə SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 2024-cü il üzrə SOCAR tərəfindən "Gənc İstedadlar Proqramı” üzrə elan edilmiş müsabiqənin qalibləri ilə görüşüb, onları Gənclər Günü və proqramın qalibi olmaları münasibətilə təbrik edib, karyera yolunda uğurlar arzu edib. Sonda gənclərlə xatirə fotosu çəkilib.

Qeyd edək ki, SOCAR-ın "Gənc İstedadlar Proqramı” çərçivəsində "Azəriqaz” İstehsalat Birliyinə nəzəri və praktiki biliklərinin inkişafı və karyera imkanlarının yaradılması məqsədi ilə 14 nəfər proqram iştirakçısı təhkim edilib. Onlardan 7 nəfəri insan resursları üzrə, 4 nəfəri qaz təsərrüfatı obyektlərinin qazlaşdırılmasının layihələndirməsi üzrə, 3 nəfəri isə təmir-tikinti sahəsi üzrə təcrübə prosesinə cəlb olunub.