
Beş ictimai birliyin birləşdiyi “Gənclər Koalisiyası” QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın”da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması» layihəsi çərçivəsində Ağstafa rayonunda ictimai dinləmə keçirib.
Koalisiyadan verilən məlumata görə, görüşdə çıxış edən layihənin koordinatoru Vüsalə Hüseynli bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hazırda iki mühüm Proqram tətbiq olunmaqdadır.
Bunlardan biri Açıq hökümətin Təşviqinə dair Milli Dövlər Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: “Hər iki proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bu günki tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, zamana və maddi xərclərə qənaət etmək, ölkə ictimaiyyətinin bu və ya digər formada şəffaflığın təmin olunması şərti ilə dövlət idarəçiliyində iştirakını təmin etməkdir.”
V.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi dəyərləndirilə bilər: “Çünki bu agentlik, dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət kateqoriyasının yaranmasında mühim rol oynadı. Bu addım ölkə başçısının Azərbaycan xalqına qayğısının nəticəsi kimi dəyərləndirilə bilər. Bu agentlik vasitəsi ilə regionlarda “ASAN-Xidmət” Mərkəzləri formalaşmağa bağlamışdır ki, bu proses də bütün ölkəboyu davam edəcəkdir. Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, elekton xidmətlərdən istifadə etməklə, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında “ASAN Xidmət” Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər”.
QHT rəhbəri ölkəmizdə elekton imzanın istifadəsindən, elektron hökumət, bir pəncərə sistemi barədə də məlumat verərək, ictimaiyyəti aparılan bu islahatlarda aktiv iştiraka çağırıb.
Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşl, Şəmkir Resusr və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov, Ağstafa rayon sakini Layiq Qələndərov və digərləri də qeyd ediblər ki, bu gün açıq hökumətin təşviqi ilə bağlı layihənin “Gənclər Koalisiyası” tərəfindən icrası, ölkə başçısının gənclərə, vətəndaş cəmiyyəti institutlarına verdiyi diqqətin təzahürüdür və son dövrlər ölkəmizdə şəffaflığın təmini ilə bağlı elektron hökumətin fəaliyyəti qeyd etdiklərimizi bir daha sübut edir.
İctimai dinləmələrdə rayon sakinləri Açıq hökumətin təbliği ilə bağlı proqramın əhəmiyyətini vurğulayaraq, ASAN xidməti Ağstafada da gözlədiklərini qeyd edərək, ASAN-xidmətin yaranmasını ölkə başçısının Azərbaycan xalqına etdiyi hədiyyə kimi qiymətləndiriblər və ölkə başçısıma təşəkkür ediblər.
İctimai müzakirə zamanı çıxış edən rayon sakinləri yeni təklif irəli sürərək, Ağstafada Qeyri-Hökumət Təşkilatının yaradılması ilə bağlı Gənclər Koalisiyasından dəstək istəyiblər.
Qaynar.info