"Progress" kosmik gəmisinin yaradılmasında böyük əməyi olan, general-leytenant Aleksey Şumilin 86 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Roscosmos” məlumat yayıb.
Şumilin EPAS, İnterkosmos kosmik proqramlarının həyata keçirilməsində iştirak edib. 1992-1997-ci illərdə Baykonur kosmodromunun rəhbəri, 1998-2007-ci illərdə Dəniz Fırlatma proqramının liderlərindən biri idi.
Aleksey Şumilin Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Qırmızı Əmək Bayrağı, Vətənə xidmətə görə, IV dərəcəli, Alovda göstərdiyi şücaətə görə və iki dəfə Lenin ordeni ilə təltif edilib. Bundan əlavə, Dövlət mükafatı laureatıdır.
Xəyal Abdullayev