Rusiyanın istefada olan general-mayoru, Hərbi Hava Desant Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini Anatoli Belyanin intihar edib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq mühafizə orqanlarındakı mənbə məlumat verib.
O, Moskva vilayətinin İvanteyevka şəhərindəki mənzilində intihar edib. Anatoli Belyanin uzun müddət idi ki, ağır xəstə olub.
Faktla bağlı İstintaq Komitəsi yaradılıb və yoxlama aparılır.
Qeyd edək ki, məlumatda Belyaninin 90-cı illərdə jurnalist Dmitri Xolodovun qətlində şahid olduğu bildirilib.
Günay