Xəbər lenti

General Hoces: Krım həlledici ərazidir, onun yenidən fəth edilməsi hər şeyi dəyişəcək
Dünya13:04 07.04.2023

General Hoces: Krım həlledici ərazidir, onun yenidən fəth edilməsi hər şeyi dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın əks-hücumunun əsas məqsədi Rusiya ilə onun işğal etdiyi Krım arasındakı dəhlizi yarmaq olacaq.
Qaynarinfo xəbər verir ki, bu fikirləri ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodges Deutsche Welle-yə müsahibəsində deyib. 
O, Ukraynanın qarşıdan gələn əks-hücumunun təsir göstərmək, Krım və Rusiya arasında quru dəhlizindən keçmək üçün cəbhənin çox dar sektorunda olacağı ilə bağlı fikirlərini bölüşüb. "Krım həlledici ərazidir. Baxmut ətrafında 200 km radiusda hər bir rus əsgərini öldürə bilərsiniz, lakin bu, strateji vəziyyəti dəyişməyəcək. Amma Krımı azad etsəniz, bu, hər şeyi dəyişəcək. Ona görə də əks-hücumun hədəfi Krımın azad edilməsi olacaq. Donbasın qalan hissəsi isə sonra gələcək”, - deyə Hoces qeyd edib.
Baxmutdakı vəziyyətə gəlincə, o qeyd edib ki, şəhər ətrafında gedən döyüşlər çox yüksək qiymətə malik olsa da, bu, vacib idi. "Baş Qərargah Baxmutda rus qoşunlarını dayandıra və onları tükəndirə, çoxlu resursdan istifadə etməyə məcbur edə biləcəyini gördü", - Hoces deyib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri fəal şəkildə hücuma hazırlaşır, lakin ruslar fəal müdafiəyə çalışacaqlar. "Ukraynalılar doğru anı və yeri seçəcəklər ki, hava şəraiti, yol şəraiti - daha çox uzaqmənzilli silahlar cəlb etmək üçün bütün şərait əlverişli olacaq. Bu isə onlara Krımı həssas vəziyyətə salmağa imkan verəcək. Komanda məntəqələrini hədəf almaq, sursat anbarları - bu cür ayrı-ayrı hədəflərə məqsədyönlü zərbələrin köməyi ilə çoxlu sayda qoşunu vurmaq mümkündür”, - o, vəziyyəti izah edib.
Hodges qeyd edib ki, Ukraynanın Qərb tərəfdaşları, o cümlədən ABŞ, Almaniya, Britaniya və Fransa bu əks-hücumun nə qədər vacib olduğunu bilirlər və buna görə də "Ukraynanın uğurunu görməlidirlər”.
"Biz Ukraynanın qalib gəlməsini istəyirik. Yəni mən burada hər şeyin və ya heç nəyin olmadığını söyləməzdim. Əminəm ki, Ukrayna, Baş Qərargah çox böyük hazırlıq işi görüblər. Onlar bunu davam etdirirlər və hesab edirəm ki, bu hücum Rusiya qoşunları üçün dağıdıcı təsir göstərə biləcək”, - deyə o bildirib.
Son günlər Ukraynanın qarşıdan gələn əks-hücum əməliyyatı ilə bağlı xəbərlər canlanıb. Eyni zamanda, aprelin 6-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibi Aleksey Danilov bildirib ki, dünyada 3-5 nəfər bu əməliyyatın müfəssəl planlarından xəbərdardır. Və bu səhər məlum oldu ki, Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn əks-hücum əməliyyatı ilə bağlı mühüm məlumatlar şəbəkəyə "sızdırılıb”.
Alpər