ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodges Ukraynanın Rusiya Federasiyasına genişmiqyaslı işğalından əvvəl nəzarət etdiyi əraziləri 2022-ci ildə geri qaytaracağına dair proqnozunun niyə özünü doğrultmadığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, general bu barədə "Azadlıq” radiosuna müsahibəsində
danışıb.
Onun sözlərinə görə, səbəblərdən biri ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə HIMARS çoxmənzilli raket sistemləri üçün uzaqmənzilli ATACMS raketləri verməməsi olub: "Aydındır ki, mən çox optimist idim, çünki ATACMS-ı verməyəcəyimizi güman etmirdim. Düşündüm ki, biz bunu edəcəyik. Bu, çatışmazlıq idi”.
Digər amil isə Hodgesin Kreml rejiminin öz qoşunlarının belə böyük itkisinə hazır olduğunu güman etməməsi olub: "Həmçinin, Rusiyanın Baxmutda və onun ətrafında qurban verməyə hazır olduğu qüvvələrin sayını gözləmirdim. Ukrayna Rusiyanın səfərbər edilmiş qoşunlarla etdiklərinə uyğunlaşıb. Bəs Qərb Rusiyanın logistikasına, komandanlığına və nəzarətinə hücumu davam etdirə bilməsi üçün Ukraynanı ona lazım olan şeylərlə təmin edirmi?”.
Nizami Bağırov