"Böyük Britaniya Rusiya və digər ölkələrdən təşkil edilən kiber hücumlarla əlaqədar daim müharibədə olmağa məcburdur".
Qaynarinfo xəbər verir ki, bu fikirləri Böyük Britaniya ordusunun generalı Nikolas Karter "Daily Telegraph"a açıqlamasında səsləndirib.
O, kiber sahədə davam edən müharibəni Rusiya və Çinin hücumları ilə əlaqələndirib:
"Düşmənçilik münasibətinin dəyişkən təbiəti onu göstərir ki, sülh və müharibə arasındakı vəziyyət qeyri-müəyyəndir. Hazırda dünyada əsas təhlükə Rusiya və Çindən gələn informasiya müharibəsidir. Bu ölkələrin addımları cavabsız qalmamalıdır".
Qeyd edək ki, Rusiya və Çin rəsmiləri kiber hücumları dəfələrlə inkar ediblər.
Gülşən