Avropada NATO qüvvələri komandanının sabiq müavini, britaniyalı general Riçard Şireffin Qərblə Rusiya arasında mövcud olan münasibətlər haqda kitabı dərc edilib.
Qaynarinfo.Az axar.az-a istinadən bildirir ki, generalın iddialarına görə, günü-gündən münasibətləri pisləşən Qərb və Rusiya 2017-ci ildə müharibəyə başlayacaqlar.
Riçard Şireff buna səbəbin Krım hadisələrinin məntiqi davamı olacağını da qeyd edib:
"NATO tərəfindən sıxışdırılan Rusiya Ukraynanın şərqində əraziləri zəbt etməyə başlayacaq və Baltikyanı ölkələrə hücum edəcək".
Bununla yanaşı, britaniyalı general hazırda Qərbin ən təhlükəli düşməninin Rusiya olduğunu da qeyd edir. Qaynarinfo.Az