Xəbər lenti

General Valeri Gerasimov Ukraynada yaralanıb, 20 zabit ölüb - KİV
Dünya12:06 01.05.2022

General Valeri Gerasimov Ukraynada yaralanıb, 20 zabit ölüb - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov Ukrayna ərazisində - Xarkov vilayətinin Üzüm şəhəri yaxınlığında yaralanıb.
Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist və bloger Aleksandr Şulman bildirib.
66 yaşlı Gerasimov sağ ayağından sümük sınığı olmayan qəlpə yarası alıb. Onun həyati təhlükəsi yoxdur. 
Ordu generalı Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi komanda məntəqəsində olublar. İlkin məlumata görə, hücum zamanı 20 zabit həlak olub.
"Vertical” "Telegram" kanalı xəbər verib ki, general Gerasimov Rusiya ordusunun böyük itkilər verdiyi İzyumu tərk etməyə çalışır və onların təchizatı dayandırılıb.
Aydın