
Ukraynanın Kirovoqrad şəhərində vergi müfəttişliyinin generalını öldürüblər.
“Axar.az” xəbər verir ki, 48 yaşlı general Vladimir Teslenko hadisədən əvvəl səhər saat 5-ə qədər kafedə dostları ilə dincəlirmiş.
Kafedən çıxıb evə gedən generalın meyiti şəhərin başqa bir əyləncə mərkəzinin yaxınlığında tapılıb.
Ehtimal olunur ki, onu təpik və kərpiclə ölümcül döyüblər.
Hüquq-mühafizə orqanları faktı təsdiqləyiblər.
Qaynar.info