Xəbər lenti

Generalın ABŞ-ın birinci xanımının paylaşımına şərh yazması onu işindən etdi (VİDEO)
Dünya04:11 10.07.2022

Generalın ABŞ-ın birinci xanımının paylaşımına şərh yazması onu işindən etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın istefada olan generalı Qari Voleskinin işdən çıxarılmasının səsəbi açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "USA Today” məlumat yayıb.
Bildirilir ki, o, ABŞ-ın birinci xanımı Cil Baydenin tviterdəki paylaşımına istehzalı şərh yazıb. Məs bundan sonra Voleskin hərbi komandanlıqdakı işindən uzaqlaşdırılıb.

Prezidentin xanımı öz postunda ölkənin Ali Məhkəməsinin amerikalı qadınları abort hüququ ilə bağlı konstitusiya təminatından məhrum edən qərarını tənqid edib.
İraqda döyüşmüş Voleski şərhlərdə "Nəhayət qadının nə olduğunu başa düşdüyünüzə görə çox şadam” yazıb. Bundan sonra ABŞ ordusu onun davranışı ilə bağlı araşdırmaya başlayıb.
"Voleski araşdırma aparılan müddət vəzifəsini yerinə yetirməyəcək. Təqaüddə olan general-leytenant orduda müxtəlif məsələlərdə məsləhətlər verib və saatda 92 dollar alıb", - deyə ABŞ Ordusunun sözçüsü Sintiya Smit bildirib.
Xəyal Abdullayev