Xəbər lenti

Generalın məhkəmə qarşısına çıxarilması tələb edildi -Davudoğlu rədd etdi
Dünya10:16 15.10.2014

Generalın məhkəmə qarşısına çıxarilması tələb edildi -Davudoğlu rədd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin baş qərargah rəisi, general Necdət Özəl haqqında cinayət işinin açılmasına baş nazir icazə verməyib. 

Avropa.info-nun məlumatına görə, siyasi bəyanat verdiyi və məhkəməyə təsir etməyə çalışdığı üçün Özəldən şikayət edilib.  

Özəl 2012-ci ildə qəzetə verdiyi müsahibədə "Dövlətimizin mənfəətinin təmin edilməsi, qanunların hakim olması, xalqın can və mal təhlükəsizliyinin təmin edilməsi üçün KCK-nin (Kürdüstan cəmiyyəti) məhkəmə qarşısına çıxarılmasının həyati əhəmiyyətə malik olduğunu düşünürəm" demişdi.  

Bu sözlərdən sonra bir qrup ziyalı və alim Baş Prokurorluğa şikayət etmiş, Özəlin uca məhkəmədə mühakimə edilməsi tələb olunmuşdu. 

İşi araşdıran prokuror Həsən Ərbil 2 il sonra istintaq icazəsi üçün dosyeni baş nazirinə göndərib.

Baş nazir Əhməd Davudoğlu istintaq açılmasına səbəb olmadığını bildirərək tələbi rədd edib. 

Qaynar.info