Xəbər lenti

Georgi Marqvelaşvili Azərbaycanla münasibətlərdən danışdı
Siyasət12:25 15.11.2013

Georgi Marqvelaşvili Azərbaycanla münasibətlərdən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili ölkədə akkreditə olunan bir çox ölkələrin səfirləri ilə görüşüb.

Görüşlərdən sonra azərbaycanlı jurnalistlərə açıqlama verən G. Marqvelaşvili Azərbaycan səfiri ilə görüşünün maraqlı keçdiyini bildirib.
 
APA-nın məlumatına görə, yeni prezident qeyd edib ki, Azərbaycandan ünvanına gələn təbriklər onu çox sevindirir: “Azərbaycan prezidenti ilə mövcud  olan münasibətlərimizin davam edəcəyinə əminəm. İnanıram ki, bu vaxta qədər davam edən strateji əməkdaşlığımız daha da inkişaf edəcək”.

Qaynar.info