Xəbər lenti

“Georgian Airways” ölkə prezidentini təyyarələrinə buraxmayacaq
Dünya 12:43 21.05.2023

“Georgian Airways” ölkə prezidentini təyyarələrinə buraxmayacaq

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 20-də Tiflisdən Moskvaya reys həyata keçirən yerli "Georgian Airways” aviaşirkətini boykot etdiyini açıqlayıb. Bu, Gürcüstan və Rusiya arasında hava hərəkətinin bərpasından sonra ilk uçuşdur.

Qaynarinfo-nun DW-yə istinadən məlumatına görə, Zurabişvili bildirib ki, aviaşirkət yalnız zənginləşməkdə maraqlıdır. Onun sözlərinə görə, "Georgian Airways” öz məqsədlərinə çatmaq üçün "əhalinin çox böyük hissəsi üçün qəbuledilməz olan yeni reallıqdan yararlanmaq” istəyir.

Salome Zurabişvili "Georgian Airways”in xidmətindən istifadə etməyəcəyini bildirib və həmvətənlərini ondan nümunə götürməyə çağırıb.

Bu arada "Georgian Airways” aviaşirkəti bəyanat yayaraq, prezidenti şirkətin xidmətlərindən imtina etdiyi və boykot elan etdiyi üçün təyyarələrinə buraxmayacağını elan edib: "Xanım Salome milli aviaşirkəti boykot etdiyini elan etdi. O, gürcü xalqından üzr istəməyincə onu "persona non-qrata” elan edirik, onu təyyarəyə buraxmayacağıq”.

Qeyd edək ki, 4 il əvvəl Gürcüstanda Rusiya əleyhinə silsilə etiraz aksiyalarından sonra bu ölkələr arasında hava hərəkəti dayandırılmışdı. Bu ilin may ayında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib və rəsmi olaraq ölkəyə birbaşa uçuşlara icazə verib.

Gürcüstan hakimiyyəti bu təkliflə razılaşıb və tezliklə Rusiyanın "Azimut” aviaşirkəti və Gürcüstan Hava Yolları uçuşlara icazə alıb. İndiyədək Rusiyadan iki aviaşirkətə uçuşlar həyata keçirmək üçün icazə verilib.

ABŞ Dövlət Departamenti belə vəziyyətin "artan narahatlığa səbəb olduğunu” bəyan edib və Gürcüstan hakimiyyətinə sanksiyalar barədə xəbərdarlıq edib.

Eyni zamanda, Rusiya aviaşirkətinin Gürcüstana ilk uçuşu ölkədə kütləvi etirazlara səbəb olub. Polis etirazçıları saxlamağa başlayıb, prezident Zurabişvili etirazçıların tərəfinə keçib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->