Xəbər lenti

Geosiyasi “Ukrayna krossvordu”: ABŞ-ın arsenalında daha nələr var? – Ekspert
Dünya10:19 05.05.2022

Geosiyasi “Ukrayna krossvordu”: ABŞ-ın arsenalında daha nələr var? – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyaya qarşı Qərbin sanksiyasının 6-cı paketi artıq həyata keçmək üzrədir. Belə ki, Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyadan neft idxalını qadağan edən yeni sanksiyalar təklif edib. Ona əsasən, 6 ay ərzində Rusiyadan xam neft tədarükünü, ilin sonuna qədər isə təmizlənmiş məhsulların tədarükünü mərhələli şəkildə dayandıracağıq. 
Bununla bağlı Qaynarinfo-ya açıqlamasında ekspert İlham Şaban bildirib ki, sanksiyaların 6-cı paketinin işə düşməsilə Rusiya ixraca yönəltdiyi neftin həcmini yarıbayarı azalmaq məcburiyyətində qalacaq:
"Sanksiyaların 6-cı paketində Rusiyadan neft idxalının azaldılması məsələsi gündəmdədir. Hansı ölkə bunu nə qədər bacaracaqsa, cari il üçün öz iqtisadiyyatına ziyan vurmamaq şərtilə ona gedəcək. Yəni bu məsələdə qurum ölkələrinə neft idxalının həcmini nə qədər azaltmaqla bağlı sərbəstlik verilib. Amma ümumilikdə baxış ondan ibarətdir ki, Avropa Rusiyadan enerji daşıyıcılarının idxalından imtina etməlidir. Çünki Moskva enerji daşıyıcılarının ixracını həyata keçirməklə əsasən məhz Avropa bazarında daha çox gəlir əldə edir. Bu da Rusiyaya imkan verir ki, Ukraynaya qarşı hərbi müdaxiləsini davam etdirsin. Deməli, Qərbin Rusiya neftindən tam imtinası baş verərsə, bu vəziyyət Moskvanın Ukraynaya müdaxilə imkanlarını zəiflədə bilər. Bu adddım Belarusa da şamil edilir.  Aİ-nin son məlumatına görə, birinci rübün yekunu olaraq idxal olunan qazın 40, neftin isə 27 faizi Rusiya bazarından gəlirdi. Ancaq onu da qeyd edim ki, Almaniya 4 ayın yekununa görə Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə azaldıb. Cari ilin əvvəlində Almaniyanın idxal etdiyi neftin 35 faizi Rusiyanın payına düşürdüsə, aprelin sonunda bu göstərici 3 dəfə azalaraq 12 faizə  düşüb. Rusiya il ərzində hasil etdiyi 600 milyon ton neftin 220 milyon tonunu ixraca yönəldirdi. İxraca yönəltdiyi neftin də yarısı, yəni 110 milyon tonu Qərb bazarlarının payına düşürdü. Deməli, növbəti sanksiyalar paketi Rusiyanın neft ixracını yarıya qədər azaldacaq”. 
Rüfət Sultan