Çinin Vaşinqtondakı səfirliyinə naməlum nömrədən bomba olması ilə bağlı məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çanyinq məlumat verib. O, ABŞ hökümətinin yaydığı nifrətin təzahürü olaraq səfirliyin bomba və ölüm təhdidləri aldığını bildirib.
Sözçü zəng edən şəxsin ingiliscə danışdığını və bomba olması barədə məlumat verdikdən sonra telefonu söndürdüyünü bildirib.
ABŞ rəsmi dairələri paytaxt Vaşinqtondakı Çin səfirliyində və baş konsulluqlarında təhlükəsizlik tədbirlərinin artırıldığını bildiriblər.
Qeyd edək ki, Çinin Hyuston baş konsulluğunda sənədlərin yandırıldığı iddia edilmiş, bundan sonra ABŞ Çindən baş konsulluğunu 72 saat ərzində bağlamasını tələb etmişdi.
Camal