Maqazin 14:25 26.07.2022

Geyindiyim bu paltar 5 müğənniyə satılıb - Nazilə Səfərli əsəbiləşdi

"Bunların əlindən əynimizə paltar da geyinə bilmirik”.

Bunu Qaynarinfo-ya açıqlamasında sairə Nazilə Səfərli Rəqsanə İsmayılovanın oğlunun kiçik toy mərasiminə geyindiyi paltardan danışarkən deyib. Şairə paltarın Tarik Edizə məxsus olduğunu bildirib:

"Mən bu paltarı digər sənət dostlarımın geyindiyini bilmirdim. Paltarı mənə əziz bir rəfiqəm məhz bu toy üçün hədiyyə göndərib. Əslində, mənə həmin toy üçün paltarı Gülməxmər hazırlamışdı. Sonra mən getdim Gülməxmərə paltarı göstərdim, onların tövsiyəsi ilə bunu geyindim. Gülməxmərin də paltarını o biri toylara geyinəcəyəm. Bu paltarı seçən xanımların bədən quruluşuna, onların həyat tərzinə, yaş həddinə baxın... Bu qadınlar beyni və sənəti ilə pul qazananlar silsiləsindən olanlardır. Bədən sərgiləməkdən qaçan, vücud konturlarını gözə soxmaqdan çəkinən, özünə məxsus qadağaları olan qadınlardır. Paltarı geyinəndə insanın duruşu bəlli olur”.

Nazirə Səfərli toyun bir festival olduğunu hesab edir:

"Donu toyda görmüş kimi hamı niyə belə təəccüblənib ki. Paltardır, dükan təkcə mənə, yaxud onlar üçün buraxmayıb ki? Təki toy olsun toy. Toy bir festivaldır, hamı hər şeyini sərgiyə çıxarır, qızılını, brilyantını, oynamağını və s...”

Xalq artisti Nəzakət Teymurova da sözügedən paltarın Tarık Edizə məxsus olduğunu dedi.

Qeyd edək ki, şairə Nazilə Səfərlinin müğənni Rəqsanə İsmayılovanın oğlunun kiçik toy mərasiminə geyindiyi paltar müzakirələrə səbəb olub. Həmin paltar 2017-ci ildə bir çox müğənni tərəfindən geyinilib. Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist Elnarə Abdullayeva və başqaları bu paltarı geyinənlər sırasında olub.

Bahar Rüstəmli