Xəbər lenti

Gezi parkı Türkiyəyə neçəyə başa gəldi?
Dünya11:26 17.06.2013

Gezi parkı Türkiyəyə neçəyə başa gəldi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə 20 gündür davam edən Gezi parkı hadisələrinin ölkə iqtisadiyyatına verəcəyi zərərin 25 milyard dollar olacağı təxmin edilir. 

ANS PRESS-in verdiyi məlumata görə, ölkədəki sahibkarlar zərərlə işlədiklərini açıqlayıblar. 

Belə ki, restoranlar, kafelər boş qalıb. Hətta turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan 552 illik “Qapalı çarşı” da boşalıb. Gezi parkı hadisələrinin turizm sahəsinə də 25 milyard dollar zərər vuracağı bildirilir. 

Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyi (TUROB) sədri Timur Bayandır mövzuyla bağlı açıqlama verib. Onun sözlərinə görə, Türkiyəyə gələn turistlərin sayında azalma olacaq: “Turizm sahəsində bu il 32 milyon turist ve 25 milyard dollar gəlir planlaşdırılırdı. Bu artıq mümkün deyil. Turistlər hadisələrdən sonra ölkəyə gəlməyə qorxurlar”. 

T. Bayandır sadəcə İstanbula yox, ölkənin digər bölgələrinə gəlməyi planlaşdıran turistlərin belə biletlərini qaytardıqlarını bildirib. 

Sədr xaricdə keçirilən seminarların, eləcə də ölkə daxilindəki konsertlərin və digər tədbirlərin çoxunun ləğv edildiyini və ya təxirə salındığını açıqlayıb.

Qaynar.info