Gürcüstanın bu gün istefa verən baş naziri Giorgi Qaxariya hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edib.
Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın üzvü Nikoloz Samxaradze məlumat verib.
"Bildiyim qədər o, partiyanı da tərk edib”, - deputat deyib.
Qeyd edək ki, Giorgi Qaxariyanın istefasından sonra Gürcüstan hökuməti də istefa verib.