XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Girne sahillərində batan gəmi ilə bağlı həbslər: 8 nəfər saxlanıldı
Dünya20:27 30.08.2026

Girne sahillərində batan gəmi ilə bağlı həbslər: 8 nəfər saxlanıldı

Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Daha əvvəl Şimali Kiprin Prezidenti Tufan Erhürman gəmi qəzası ilə bağlı istintaqın başladıldığını bildirib.

Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 7 nəfər həyatını itirib, 237 nəfər xilas olunub. Xilas olunanlar arasında iki Azərbaycan vətəndaşı da var. Hazırda 23 nəfərin axtarışları davam edir.