Fotoqraf Deyvid Tesinski illərdir müxtəlif ölkələrdə fərqli mədəniyyətləri, təzadlı, maraqlı həyatları görüntüləyir.
Qaynarinfo xəbər verir ki, Tesinski bu günə qədər Efiopiyadakı şeytan ayinlərini, Yaponiyada biznesmenlərin, narkotik aludəçilərinin, Asiya ölkələrində kasıb həyat tərzi sürənlərin gündəlik fəaliyyətinin fotolarını çəkib.
Onun layihələrindən biri də təzadlı həyatların hökm sürdüyü İranda reallaşıb. 1979-cu ildə baş verən İslam inqilabından sonra İranda şəriət qaydaları hökm sürür. Qadağalar ölkəsində homoseksual münasibətlər, müasir mədəniyyətin bir çox təzahürü, qadınların başı açıq gəzməsi və s. qeyri-qanunidir. Lakin İran gəncləri gizli əyləncə gecələri təşkil edərək qanunların məhəl qoyulmadığı bir dünya yaradıb, orada yaşamağa davam edirlər. Tesinskinin "Gizli İran"dan çəkdiyi fotoları təqdim edirik.