
ABŞ-da Milli Təhlükəsizlik Agentliyinin izləmələri artıq çoxdan daxili problem statusundan çıxaraq, beynəlxalq problemə çevrilib.
Ans press-in Vaşinqtonda olan xüsusi müxbirinin verdiyi məlumata görə, son dəlillər, ABŞ-ın təhlükəsizlik agentliklərinin hər gün 200 milyondan çox elektron ismarışı toplayaraq, saxladığını göstərir. Xaricə ixrac edilən komputerlərə yüklənən proqram isə İnternet olmadıqda belə radiodalğalar vasitəsilə izləməyə imkan verir.
Milli Təhlükəsizlik Agentliyi bu proqramın ölkə daxilində, amerikalılara qarşı tətbiq olunmadığını iddia etsə də, qalmaqal bununla bitmir. ABŞ prezidentinin xalq qarşısında cavab verməli olduğu bildirilir.
Barak Obama ölkənin kəşfiyyat aparatını müdafiə edərək, Milli Təhlükəsizlik Agentliyinin işində aparılan islahatların prinsiplərini açıqlayıb: “İzlənmələr sayca məhdudlaşdırılmayacaq, onlardan istifadə qaydası məhdudlaşdırılacaq. Məsələn zənglər əvvəlki qaydasında qorunub saxlanılacaq, lakin onlara çıxış əldə etmək üçün bir çox hallarda məhkəmənin icazəsi tələb olunacaq.”
ABŞ Prezidenti bunun ölkənin təhlükəsizliyini təmin etmək məqsədi ilə edildiyini söyləyib: “İslahatların miqyası bir çox xarici ölkə liderlərini məyus etsə də, Amerika ictimaiyyətinin reaksiyası fərqlidir. Əksəriyyəti narahat edən məsələ - ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Öz həyatını risqə ataraq, elektron izləmələri ictimaiyyətə sızdıran Edvard Snoudenə münasibətdə də radikal dəyişiklik azdır”
ABŞ MTA-sının keçmiş əməkdaşı Riçard Kazlariç isə Snoudenin içdiyi andı pozduğunu söyləyib: “Mənim Snoudenlə bağlı mövqeyim güclüdür, çünki mən keçmiş hökumət işçisiyəm. Mən həm Dövlət Departamanti, həm də Milli Kəşfiyyat Şurasında işləyəndə ABŞ-ın dövlət sirrlərini yaymamaq barədə and içmişəm. Mən hesab edirəm ki,. O deyir ki, and içməyib, yalnız deklarasiya imzalayıb. Bu, söz oyunudur. O, Amerikanın dövlət sirrlərini xarici öıkələrə çıxarmaqla içdiyi andı pozub”
Barak Obamanın çıxışı həftələrdən bəri davam edən izləmələr məsələsində son nöqtəni qoymayıb. Belə ki, sualları cavablandırmayan çıxış özü daha çox sual yaratmış olub. Özəl həyatla terrorla mübarizədə düzgün balans məsələsi hüquq fəallarını və bütövlükdə ictimaiyyəti narahat etməkdə davam edəcək.
Qaynar.info