Xəbər lenti

Gömrük Komitəsi ADY-ni cərimələdi, məhkəməyə müraciət etdi
Ekonomiks09:28 12.11.2022

Gömrük Komitəsi ADY-ni cərimələdi, məhkəməyə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti (QSC) Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi olub.
Məcəllənin 485.2 maddəsinə əsasən, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
QSC-nin cərimələnməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə 24 noyabr tarixində baxılacaq.
Əhməd