Göyərtəsində sərnişinlərin olduğu gəmi Yaroslavl sahilində estakadaya çırpılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nəqliyyat üzrə Qərb Regionlararası İstintaq Komitəsinin mətbuat xidməti məlumat
yayıb.
Su üzərində insident günorta saatlarında Tveritskaya sahilində baş verib. "Moskva-208” kruiz gəmisi burnunu beton estakadaya vurub.
Həmin vaxt gəmidə insanlar olub. Toqquşmadan sonra, "Birinci Yaroslavski”nin dediyinə görə, yüzə yaxın adam sahilə çıxarılıb.
Hazırda istintaq-əməliyyat tədbirləri çərçivəsində müstəntiqlər hadisənin baş vermə səbəblərini müəyyənləşdirir, gəminin sərnişinlərində xəsarətlərin olub-olmaması və dərəcəsi də dəqiqləşdirilir. Xəsarət alan dörd sərnişin haqqında ilkin məlumat verilir.
Alpər