Xəbər lenti

"Google maps"da görüntüsü verilməyən sirli obyektlər (FOTOLAR)
Dünya10:37 28.11.2017

"Google maps"da görüntüsü verilməyən sirli obyektlər (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Google maps"də demək olar ki, dünyanın hər yerindən görüntülər var, lakin burada görüntülənməsi qadağan olunan bəzi yerlər mövcuddur.
Qaynarinfo xarici KİV-ə istinadən həmin yerləri sizlərə təqdim edir:
Ramştayn aviabazası, Almaniya
NATO-nun tərkibində olan bu baza terrorçular üçün ciddi bir hədəf hesab edilir. Bu səbəbdən də Google bu bölgəni qismən qapalı verib.
Sakit okeanın şimal şərqi, ABŞ
Burada FEMA (Federal Fövqəladə Hallar İdarəçiliyi Proqramı) və HAARP (Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) ilə bağlı hərbi tədqiqatların aparıldığı iddia edilir. Lakin bununla bağlı dəqiq məlumatlar yoxdur. Bölgənin boş ərazi olduğu, tikanlı məxtillərlə hasara alındığı və heç bir qapısının olmadığı söylənilir.
Szazhalombatta neft emalı zavodu, Macarıstan
Neft emalı zavodunun binalarının silinərək yaşıl bir ərazi kimi verilməsi sirr olaraq qalmaqdadır.
Heys Ten Boş Sarayı, Hollandiya
Hollandiyada kral ailəsinə aid saray da gizli şəkildə verilən sirli yerlərdən biridir.
Naməlum bölgə, Rusiya
Heç kimin haqqında bilmədiyi bir nöqtədir. Siberian Lights adlı saytda bölgə ilə bağlı şərh verən bir istifadəçi buranın gizli bir müdafiə bazası olduğunu bildirib. İçərisində radar stansiyası və raket hücumundan müdafiə sistemlərinin olduğu iddia edilir.
Mobil Neft Şirkəti, Buffalo - ABŞ
Şirkətin görüntüsünün terror hücumlarından qorunmaq üçün gizlədildiyi bildirilir.
Şimali Koreya
Ölkənin bütün ərazisi uzun illər Google Maps-də yaşıllıq ərazi kimi göstərilib. Lakin hazırda istənilən bir şəxs Şimali Koreyaya buradan baxa bilər.
Reyms aviabazası, Fransa
Bu yer də gizli saxlanılan obyektlər sırasındadır.
Hind Atom Elektrik Stansiyası, Nyu-York - ABŞ
Hind Atom Elektrik Stansiyası da nə üçün görüntüsü verilməyən naməlum obyektlərdən biridir. 
Vokel aviabazası, Hollandiya
Bazanın gizlədilməsi haqqında məlumat WikiLeaks-in qeydlərinə söykənir. Məlumatda burada nüvə başlıqlarının olduğu bildirilir.
HAARP bazası, Alyaska - ABŞ
ABŞ-ın ən önəmli silahlarından hesab edilən HAARP-ın (Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) səs gücü ilə aparılacaq əməliyyatlarda istifadə ediləcəyi bildirilir. Bunun süni zəlzələlərin, sellərin yaradılması qədər təhlükəli bir proqram olduğu iddia edilir.
Mazda yarış sahəsi, ABŞ
Gizlədilməsi təəccüblü olan obyektlər sırasındadır. Adi bir yarış sahəsinin nə üçün gizlədildiyi isə məlum deyil.
Tantauko qoruğu, Çili
Sözügedən qoruqda nəsli kəsilmək üzrə olan heyvanlar saxlanılır.
"The Hill" və ya başqa adla Elmira Reabilitasiya Mərkəzi, ABŞ
Nyu-Yorkda olan bu bina təhlükəli cinayətkarların saxlanıldığı həbsxanadır. Vertolyotla qaçış planlarının təşkil edilməsi ehtimalına qarşı gizli saxlanıldığı iddia edilir.
Rusiyada malikanə
Vikipediya məlumatlarına görə, malikanə Qazpromun sahibi milyarder Aleksey Millerə məxsusdur. Ona digər dünya vətəndaşlarından fərqli münasibət göstərildiyi üçün Google tənqid olunub.
NATO mərkəzi, Portuqaliya
Google Earth də görüntünün orjinal versiyasını gizlədib. 
Seabruk Atom Stansiyası, ABŞ
Buranın ABŞ-ın ən ucqar şimal nöqtəsində olan atom stansiyası olduğu söylənilir.
Nordveyk şəhəri, Hollandiya
Hollandiyanın Nordveyk şəhərindəki kiçik qəsəbələrdən biri tamamilə gizlədilib. Haqqında məlumat olmasa da burada kral ailəsinin fərdlərindən birinin iqamətgsahı olduğu söylənilir və görüntünün də təhlükəsizlik səbəbindən göstərilmədiyi bildirilir.