Röyters agentliyinin yaydığı məlumata əsasən, Google Hollandiyada məlumatların mühafizəsi haqqında yerli qanunu pozmaqda şübhəli bilinir. Araşdırma 7 ay çəkib və onu Məlumatların Mühafizəsi Xidmətinin (DPA) əməkdaşları keçiriblər.
"Google internet şirkəti fərdi məlumatlarımızdan icazəsiz görünməyən tor hörür", - DPA-nın sədri Yakob Konstamm deyib. "Bu, qanunla qadağandır", - deyə o əlavə edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, DPA araşdırmanın nəticələrini müzakirə etmək üçün korporasiyanın nümayəndələri ilə görüş keçirməyə ümid edir. Bundan sonra Google barəsində hər hansı tədbir görülməsinə qərar veriləcək.