Xəbər lenti

“Google” şirkəti üzr istədi
Dünya06:24 11.01.2014

“Google” şirkəti üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Google Maps" servisində Berlin şəhərində mövcud olmayan “Adolf Hitler” adına meydanı göstərib


ABŞ-ın "Google" şirkəti özünün "Google Maps" servisində bir neçə saat ərzində Almaniyanın paytaxtı Berlin şəhərində mövcud olmayan “Adolf Hitler” adına meydanın göstərilməsinə görə üzr istəyib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı “France Internationale” radiosu yayıb. Əslində isə “Adolf Hitler” adına meydan 1933-cü ildən 1947-ci ilədək Berlində mövcud olub.

Bu meydan 1963-cü ildə Almaniyanın ilk prezidenti Teodor Hoysun adına dəyişdirilib. “Bizə bu səhv haqqında dedilər, biz də Google-də həmin səhvi düzəldik. Bu səhvə görə üzr istəyirik”, - deyə Google-nin Almaniyadakı nümayəndəsi bildirib.


Qaynar.info