Xəbər lenti

Goranboyda gizli kafe, Ağstafada karantini pozanlar cərimələndi (FOTOLAR)
Ölkə08:50 16.08.2020

Goranboyda gizli kafe, Ağstafada karantini pozanlar cərimələndi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Yeni Yol  kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyekt sahibi Elməddin Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları isə rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.
Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.
Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.
RPŞ-nin Dövlət Yol Polis Bölməsi də dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maariflədirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar.
Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Rayon ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.