Xəbər lenti

Ekonomiks 17:20 28.10.2024

"Grand Motors Company" Gömrük Məcəlləsini pozub

"Grand Motors Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Qaynarinfo xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb. 

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatında baxılacaq. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->