
Hollandiyanın Haaqa şəhəri yaxınlığında nəhəng bir balina sahilə çıxıb. ANS PRESS-in verdiyi məlumata görə, sahilə çıxarılan 16,5 metr uzunluğundakı balinanın skeleti Naturalist Muzeyinə göndəriləcək. Tapılan balina ətraf bölgələrdə yaşayan əhalinin böyük marağına səbəb olub. Balına kəsilərkən sahildə kəskin qoxu yayılmasına baxmayaraq, insanlar şəkil çəkdirməyi də unutmayıb.
Qeyd edək ki, bu bölgədə son 100 ildə 8 balinanın sahilə çıxması müşahidə olunub.
Qaynar.info