
Qadın gözəllik simvoludur! Nahaq yerə qadın gözəlliyi ilahigözəllik hesab edilmir və ən yaxşı gözəllik simvolu olan qadınlar heç dətəsadüfən ilahə adlandırılmır.
Kişiləri özünə heyran qoyaraq əsir edənən böyük gözəllik də məhz qadın gözəlliyidir. Dünyanı fəth edən ən böyüksərkərdələr, ən qüdrətli kişilər də çox vaxt bir qadın qəlbini fəthetməkdə aciz qalır. Qadın özü çox qeyri-müəyyən xarakterə malik olduğunuvə nə istədiyini bilmədiyi kimi, gözəlliyi çox qəliz və həssasməsələdir. Bunu zövq məsələsi də hesab etmək olar. Yəni, birininbəyənmədiyi qadına digəri məftun ola bilər. Amma bu qadınlara illərdirki, təkcə bütün kişilər yox, qadınlar da heyrandır.
Sarışınlar kişilərin diqqətini çəksə də, əks cinsinnümayəndələrinin əksəriyyəti qarayanız xanımlara üstünlük verirlər.Dünyanın ən cazibədar və seksual xanımlarının qarayanız olması bu fikribir daha təsdiq edir.Tabloid.az bu icmalında dünyanın ən seksualqarayanız xanımları haqqında bəhs edir.
Vivyen Li: 2000 aktrisa arasından seçilən Vivyen“Bütün dünya xalqlarının ən gözəl filmi” sayılan "Küləklə sovrulanlar"filmindən sonra ən çox tələb olunan aktrisa olur. 26 yaşında ilk “Oskar”mükafatını alır. Bu filmdə o, bütün dünyaya sübut edə bilir ki, ekrandaamerikalı dəlisov tərzini ondan başqa heç kim ki yaxşı oynaya bilməzdi.

Vivyen üçün “Arzuların tramvayı” filmində rol almaq əzab idi. O,qəhrəmanının taleyinin necə alt-üst olmasının da dərdini çəkirdi. Lakingözlənilməz bir hadisə baş verir. Rolunu olduqca inandırıcı ifa edənVivyen məhz bu filmə görə ikinci "Oskar"ını alır.
Odri Hepbern: Ötən əsrin 60-cı illərindən bu günəkimi amerikalı kino ulduz Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəlaktrisasından biri hesab olunurdu. O, müdrik fikirlərin müəllifi, hədsizsayda mükəmməl ifa etdiyi rolları, ən əsası mələk gözəlliyi iləmilyonlarla tamaşaçı qəlbini və sevgisini qazanıb. Aktrisa hər kəsinyaddaşında xeyirxah əməlləri sayəsində qalıb.

Odri (əsl soyadı Hepbern Raston) 1929-cu il mayın 4-də Brüsseldəanadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatrahəsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb.Zərif bədən quruluşunu da bununla izah etmək olar. Hepbern ilk dəfə1950-ci ildə “Cənnətdə gülüş” filmində çəkilib. Londonun teatrsəhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kəşf edir vəonu adıçəkilən filmdə epizodik rola çəkir. Bu filmdən sonra aktrisabaşqa filmlərə dəvət alır.
Məharətli ifası və aktrisalıq qabiliyyəti ilə milyonların məhəbbətiniqazanan Odri Hepbern xeyirxah əməlləri ilə də tanınır. Bu qadınınxeyirxahlığını sözlə ifadə etmək çətindir. O, ağır xəstə ikən vəsiyyətetmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa,hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindənəziyyət çəkənlərin müalicə fonduna keçirsinlər. Aktrisanın özü də1993-cü ildə bağırsaq xərçəngindən vəfat edib.
Elizabet Teylor:Elizabet Teylor 27 fevral 1932-ci ildə Londonda dünyaya gəlib. Əsliingiltərəli olan amerikalı aktrisasının hələ uşaqlıq illərindən ulduzuparlayır. O, yetkinlik dövründən öz istedadı, bacarığı, qabiliyyəti,həyat tərzi, gözəlliyi və ala gözləri ilə başqalarından fərqləndi vətanındı.

Teylorun birinci çəkildiyi müvəffəqiyyəti film “National Velvet” idi.İstedadlı aktrisa bunun ardınca “Father of the Bride” “A Place in theSun” “Giant” “Cat on a Hot Tin Roof” və “Suddenly, Last Summer”filmlərinə çəkilir. “Hollivud kraliçası” 3 dəfə "Oskar" mükafatına layiqgörülüb. Qonorarı bir milyon dollar təşkil edən ilk aktrisa olub. O,daha çox brilyantlara olan sonsuz sevgisi, şəxsi həyatı ilə, ən əsasısəkkiz dəfə ailə həyatı qurması ilə diqqət mərkəzində olub. Yerigəlmişkən, məhz zinət əşyalarına olan dərin sevgisi sayəsində kişilərmüasir Kleopatranı hansı hədiyyə ilə sevindirəcəyini biliblər. ElizabetTeylor 23 mart 2011-ci ildə, 79 yaşında ürək dayanmasından vəfat edib.
Monika Belluçi: Cazibəsi, gözəlliyi ona baxanlarıngözlərini ağrıdır. Klassik üz cizgiləri və mükəmməl bədən quruluşu iləistəmədən bütün kişiləri özünə aşiq edir. 49 yaşlı aktrisaya illər,qırışlar qətiyyən təsir etmir. İndiyə qədər bu əfsanəvi qadınla rəqabətapara bilən gənc və gözəl bir pəri tapılmayıb. Hollivudun ən gözəl, əncazibədar xanımı olduğu isə mübahisə olunmazdır. Müasir dövrümüzünseks-simvol titulunu Monika Belluçi daşıyır.

Aktrisanın mələyə oxşayan məsum parlaq zahiri, qüsursuz və günahkarbədəni rejissorları, modelyerləri hələdə ruhlandırır. Onun “Təhqirolunmuş gözəllik” sonsuz interpretasiya mövzularında oynadığı rollarıkino tarixinin əvəzolunmaz obrazlarıdır. Aktrisa klassik universalgözəlliyi ilə əks cinsin nümayəndələrinin yuxularına haram qatır... Qeydedək ki, Monikaya etnik və seksual azlıqların təsvir olunduğu arthause -kino janrında daha çox tələbat var. Əgər bu qadın olmasaydı, yəqin ki,rəssam və yazarlar bu obrazı xəyallarında fikirləşməli olardılar.
Vensan Kassellə qiyabi evliliyi 14 ilə yaxın davam edir. Cütlükboşandıqdan sonra Monika darıxmaq haqqında fikirləşmir. Çünkibəşəriyyətin güclü cinsin nümayəndələrinin yarısı ona heyrandır. Həttaaktrisa boşanandan dərhal sonra dünyanın ən zəngin kişiləri ona elçidüşür.
Ancelina Coli:Dünyanın ən çox qonarar əldə edən aktrisalarından biridir. Bundan başqakişi jurnallarının reytinqinə görə, planetin ən arzulanan qadınlarındanbiridir. O, milyonlarla insanın sevgisini və heyranlığını təkcəgözəlliyi sayəsində əldə etməyib. Belə ki, xeyirxah əməlləri sevilənməşhurlar siyahısına daxildir.

Bred Pittlə artıq uzun illərdir ki, həyatlarını paylaşırlar. Bucütlük bir-birinə çox yaraşır. Aktrisa döş xərçəngindən əməliyyatolunanda fanatları çox narahat olmuşdu. Gündən-günə arıqlasa da,aktrisanın səhhəti hazırda normaldır.
Penelopa Kruz: Kişilərin məftunluğunu, qadınlarınisə həsəd və paxıllığını qazanan qarayanız gözəllərdən biri də PenelopaKruzdur. Penelopa “Oskar” alan ilk ispan gözəlidir.

Penelopa Kruz Sançes 1974-cü il aprelin 28-də Madriddə dünyaya gəlib. Atası xırda alverçi, anası isə gözəllik salonunda işləyib.
Penolopa həyatının kişisini gec də olsa, tapır. Penelopa və Xaver hərikisi gec yaşda evlənirlər. Qeyd edim ki, onlar bir-birinə aşiqolmazdan öncə tanış olublar. Hətta eyni filmlərdə açıq-saçıq səhnələrdərol alıblar. Görünür, hər şeyin öz vaxtı var: qovuşmaları üçün hər ikisiuğursuz sevgi romanları yaşamalı və sınaqlardan keçməli idilər.Penelopa Kruz başa düşür ki, amerikalı və britaniyalı “boyfriend”ləryaxşıdır, ancaq eyni mədəniyyətə sahib olduqları üçün Xaver ona dahaəzizdir. Onların nikahı çox həqiqi və uzunömürlü görünür.
Penin 36, Xaverin isə evlənəndə 41 yaşı var idi. Toyları çox sadəkeçir, dəvətlilər isə təkcə yaxın dostlar idi. Hamiləliyi dövründəPenelopa qapalı həyat tərzi yaşayırdı. Böyük qarnı ilə mətbuataçıxmaqdan utanır və heç yerə müsahibə vermirdi. Övladları dünyayagəldikdən sonra onu mətbuatdan gizli saxlamağa çalışırdılar. Qeyd edimki, Penin hamilə və bikini ilə çəkilən fotoları çoxlarınıtəəccübləndirmişdi. Hamilə olsa da, bədəni çox gözəl görünürdü.
Demi Mur:Demi Mur da yaşı olmayan, əbədi gənc qadınlar siyahısına daxildir. Bucür gözəlliyə sahib olsa da, şəxsi həyatı haqqında eyni sözləri deyəbilmərik. Belə ki, aktrisa qalmaqallı və nakam məhəbbət macəraları iləbir vaxtlar gündəmdən düşmürdü.

Demi Mur 11 noyabr 1962-ci ildə Rozuel, Nyu-Meksiko-da kasıb birailədə anadan olub. Bioloji atası Çarlz Harmon, anası Virciniyanı Demidoğulmazdan öncə, evliliklərinin ikinci ayında tərk edir. Demi Mur 16yaşından məktəbi ataraq filmlərə çəkilməyə başlayır.
1982-1983-cü illərdə o, narkotikaya qurşanır. 1985-ci ildə “Elmosküçəsində alov” filminə çəkilişlər sayəsində narkotik asılılıqdan azadolur. 1990-cı illərdə “Ruh”, “Bir neçə yaxşı kişi”, “Nalayiq təklif”,“Striptiz” filmləri ilə ən bahalı aktrisalar siyahısına düşür. 2003-cüildə ən pis qadın aktrisası kimi “Qızıl moruq” antiprizinə layiqgörülür. Buna baxmayaraq, Demi Mur hələ də incə və arzuolunan qadınampluasında qalmağa müvəffəq olub.
Demi Mur 18 yaşında Freddi Mur, 1987-ci ildə Brüs Uillislə, 2005-ciildə özündən 15 yaş kiçik olan Eşton Kutçer ilə ailə qurur. 2011-ci ilinnoyabr ayında isə o, media vasitəsilə Eşton Kutçerlə evliliklərininbitdiyini açıqlayır, lakin təzminat məsələsinə görə cütlüyün məhkəməprosesi iki il ləngiyir. 2013-cü il noyabrın 27-də cütlük rəsmi şəkildəboşanır.
Salma Hayek: Salma Hayek 2 sentyabr 1966- cı ildәMeksikanın Verakruz şәhәrindә anadan olub. Atası Livanlı Sami Hayekvarlı iş adamı, anası meksikalı Diana Jimenez operada işləyib. Salmaispan, әrәb, portuqal dillərindә sәrbәst danışır.
Gәnc yaşından aktrisa olmaq arzusu ilә yaşayan Salma mәktәbibitirdikdәn sonra “Tereza” operasında rol alır və tanınmağa başlayır.Beynәlxalq әlaqәlәr fakültәsinә qәbul olsa da, aktrisalıq arzusu ilәMeksikadan ayrılmağı qərara alır. 1991- ci ildә mәktәbi yarımçıq qoyubLos-Ancelesә gedir. Heç kim tәrәfindәn tanınmayan aktrisa ilk olaraqStella Adlerdәn fərdi dәrslәr alır. Mәşhur rejissor Robert Rodriqeztәrәfindәn kәşf edilir. İlk dәfә 1993- cü ildә mәhşur aktyor AntonioBanderasla baş rollarını bölüşdüyü “Desperado” filmindәn sonra dünyaşöhrətli tanınmış aktrisa kimi tanınır.

Aktrisa 50- dәn çox filmә çәkilib. 2003-cü ildә “Ən yaxşı qadınaktrisa” adını alır. “Frida” filmindәki Kahlo roluna görә Oskara namizәdgörülür, “Qızıl kürә” mükafatı alır.
2000- ci ildә şәxsi “Ventanarosa” adlı şirkәtini qurur. “TheMaldonado Miracle” layihəsinə görə “Emmi “mükafatı qazanır. O zamanlardaABŞ- ın әn çox fotosu çәkilәn qadını olur vә “Avon” kataloqunun qadınsiması seçilir. Kino aktrisası, aktrisalıqdan әlavә bu gün hәm rejissor,hәm şirkәt rәhbәri kimi fәaliyyәt göstәrir.
Salma Hayek Fransalı milyarder Francois Pinaultun oğlu iş adamı HenriPinault ilə 2007- ci ildә nişanlanır. Cütlüyün Valentina Paloma adlıbir qız övladları dünyaya gәlir. Cütlük 2009 - cu il 14 fevralSevgililәr günündә Parisdə ailә qurub.
Ketrin Zeta Cons: Britaniya aktrisası Ketrin ZetaCons 25 sentyabr 1969-cu ildə Uelsin Suonsi şəhərində anadan olub. 14yaşında televiziya şousunda iştirak etmək üçün dinləməyə dəvət olunur.Ketrin 1987-ci ildə Londonda “42-ci küçə” müziklində debüt edir. Birildən sonra aktrisaya Filipp de Brokun “1001 gecə” filmində Şəhrizadrolu təklif olunur. 1991-ci ildə Ketrin “Mayın sevimli qönçələri”televiziya serialına çəkilir və bu, aktrisaya böyük şöhrət gətirir.2003-cü ildə Zeta Cons “Çikaqo” müziklində ikinci planda oynadığı rolagörə, “Oskar” mükafatı alır. Aktrisanın məşhur işlərindən biri dəAntonio Banderasla oynadığı “Zorro əfsanəsi” filmidir.

Ketrin Zeta-Cons Hollivud aktyoru Maykl Duqlasla evlidir. Onların ikiuşağı - Dilan Maykl Duqlas adlı oğlu və Keris Zita Duqlas adlı qızlarıvar. 2013-cü ildə Ketrin Zeta Cons və Maykl Duqlas 13 illik ailəhəyatının sona çatdığı xəbəri bütün dünyanı heyrətə gətirdilər. Avqustayının sonunda aktrisanın rəsmi nümayəndəsi bəyan edir ki, cütlükmüvəqqəti olaraq ayrı yaşamaq və münasibətlərinə aydınlıq gətirməkqərarına gəlib. Bundan əvvəl Amerika tabloidləri cütlüyün münasibətindəgərginliyin olduğunu yazırdılar. Bir məlumata görə, Maykl Duqlas həyatyoldaşının psixi problemlərindən cana doyur. Digər məlumata görə isəKetrin ərinin daimi xəyanətlərindən yorulur. Noyabr ayında yayılan digərxəbərdə isə onlar artıq Nyu-Yorkdakı evlərində birgə yaşadığı deyilir.
Meqan Foks: Megan Foks 1986-cı ildə mayın 6-daAmerikanın Tennesi ştatında dünyaya gəlib. Onun valideynləri hələ 3 yaşıolanda boşanır. Anası tezliklə başqa bir kişi ilə ailə qurur vəFloridaya köçürlər. Ögey atası çox mühafizəkar idi. Atası-anası iləmünasibəti o qədər gərgin idi ki, qızın ruhi vəziyyətinə güclü təsiredir və şizofreniyanın yüngül növünə tutulur. Bir müsahibəsində “Çoxçətin xarakterim var, bu da uşaqlıqda yaşadığım travmaların nəticəsidir.Ailə təzyiqləri məni şizofreniya həddinə çatdırmışdı...”,- deyir.

Hollivudda yeni-yeni parlamağa başlayan gözəli təkcə rejissorlardeyil, ən nüfuzlu jurnalların redaktorları da görür və Meqan jurnallarınüz qabığına dəvət alır. 2006-cı ildə Meqan “FHM” jurnalınınhazırladığı dünyanın 100 ən seksual və cazibədar qadınları arasında68-ci yerdə qərar tutur. Ancelina Coliyə bənzədiyi üçün onu Colininvəliəhdi elan ediblər.
“Transfarmator” filminin qəhrəmanı qadınlarda nifrət hissi,kişilərdən isə heyranlıq hissi oyadır. Kişilərin ondan ötrü ürəyi getsədə, aktrisa və model 2008-ci ildə jurnalistlərə qadınlarla görüşdüyünüetiraf edir. Lakin Brain Austin Greenlə Meqan Foks 2010-cu ildə barışır.Cütlük Havay adalarına qaçıb hamıdan gizlin şəkildə evlənir. Onlarınbir oğlu var və Foks daha bir övlad dünyaya gətirməyə hazırlaşır.
Beyons: Jizel Noulz (Giselle Knowles), yaxud dabizim təkcə Beyons kimi tanıdığımız ulduz 1981-ci ildə Amerikada Texasştatında dünyaya gəlib. Beyons pop və R&B divası, stilist , model,rejissor, rəqqas, aktyor, prodüser, söz yazarı, ən nəhayət məftunedicigözəldir. Fərqli üz cizgiləri və möhtəşəm bədəni bütün kişilərinxəyallarını bəzəməklə məşğuldur.

Qeyri-adi gözəlliyi ona anasından miras qalıb. Anası Luizanaştatındandır. Deməli, qanında fransızların, amerika hindularının,ispanların və digər xalqların, tamamilə fərqli mədəniyyətləri toplanıb.Artistizm və yaxşı vokal qabiliyyəti qızcığazda erkən yaşlarda özünübüruzə versə də, uşaqlıqda çox sakit və utancaq qız olub. Heç kəsinağlına da gəlməzdi ki, belini büküb gözlərini aşağı salıb döşəməyə dikənvə haradasa kənarda sakitcə dayanan qızcığaz gözqamaşdırıcı gülüşü iləmilyonlarla izləyicini ələ alacaq.
Şəxsi həyatı və kişilərlə münasibətlərini Beyons kənar gözlərdəngizlədir. Bunu da yaxşı bacarır. Müğənnin neçə il birlikdə işlədiyimusiqiçi Jay-Z ilə romanının nə vaxt başladığını özlərindən başqa heçkim bilmir. Bir-birinə nə vaxt aşiq olduqları məlum olmasa da, 2000-ciildən tanışdılar, 2008-ci ildə isə evlənirlər. Blue Ivy adında 2 yaşındabir qızı var. Jay-Z və Beyons dünya şou-biznesində ən nüfuzluşəxslərdən biridir. Onlar şəxsi həyatı barədə suallara cavab vermirlər,yalnız dostları və qonşuları ilə ünsiyyət qururlar.
Mila Kunis: Slavyan əsilli qadınların füsunkargözəlliyi təkcə kişiləri deyil, elə qadınları da heyrətləndirir. MilaKunis bu qadınlar arasında ilk yerdədir. Yoxsa, bütün dövlərin ənseksual qadını seçilməzdi ki...
Mila Kunis 1983-cü ilin 14 avqustunda Ukraynada sadə birailədə dünyaya gəlib. Atası sürücü işləyirdi, anası isə mühəndis idi.Lakin bütün ailə 1991-ci ildə SSRİ-nin dağıldığı ərəfədə Los-Ancelesəköçür. Mila ingiliscə bir dənə də olsa, söz bilmirdi, buna baxmayaraq,qızcığaz köçdükdən bir neçə gün sonra məktəbə yazılır. Başqa dilimənimsəmək və o dildə danışmaq ona asan başa gəlmir.

Mila Kunis 2012-ci ildən yeni “boyfriendi” yaraşıqlı aktyor EştonKutçer görüşür. Eştonun Demi Mur ilə evli olması cütlüyün arasında böyükmaneə olsa da, maneəni dəf edirlər. Deyilənlərə görə bir-birini dəlikimi sevirlər. Eşton slavyan gözəlinə görə, özündən 16 yaş böyük olanarvadı Demi Murdan ayrılır. Cütlük hazırda dünyaya gələcək övladlarınınyolunu gözləyir.
İstedadlı rolları ilə zəmanəmizin ən perspektivli gənc aktrisasından biri statusunda öz yerini möhkəmləndirə bilib.
Qaynar.info