Xəbər lenti

"Guardian": "ABŞ korporasiyaları Qəzza münaqişəsindən qazanc əldə etməyə ümid edir"
Dünya07:40 31.10.2023

"Guardian": "ABŞ korporasiyaları Qəzza münaqişəsindən qazanc əldə etməyə ümid edir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika korporasiyaları Yaxın Şərqdəki münaqişədən qazanc əldə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzetinin köşə yazarı Eli Klifton yazır.
Onun fikrincə, Amerika korporasiyaları Morgan Stanley və TD Bank, "İsrail və HƏMAS arasında müharibə başlayandan bəri səhm qiymətlərində yeddi faiz artım görərək" aerokosmik və silah sənayesinin inkişafına ümid edirlər.
Klifton əlavə edib ki, Wall Street analitikləri yüksək gəlir artımına ümid edirlər, çünki Qəzza zolağında münaqişənin genişlənməsi "əhəmiyyətli gəlir” gətirə bilər.
TD Cowen-in baş direktoru və baş analitik Kai von Rumohr bildirib ki, HƏMAS əlavə tələb yaradıb və buna görə də ABŞ prezidenti Co Baydendən 106 milyard dollar tələb olunur.
Bundan bir qədər əvvəl Amerikanın "The Hill” qəzeti yazıb ki, ABŞ Nümayəndələr Palatasına ABŞ prezidenti Co Baydenin Ukrayna və Tayvana müdafiə yardımı ilə bağlı qalan tələbləri olmadan İsrailə 14,3 milyard dollar məbləğində təcili əlavə yardım göstərmək üçün qanun layihəsi təqdim edilib.
Alpər