Xəbər lenti

Guardian: Avrokomissiya Rusiya qazının qiymətinə “tavan” tətbiq etməyəcək
Dünya10:24 13.09.2022

Guardian: Avrokomissiya Rusiya qazının qiymətinə “tavan” tətbiq etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa İttifaqı çətin ki, Rusiya qazına qiymət məhdudiyyətinin tətbiqi ilə bağlı qərar versin, əvəzində o, neft-qaz şirkətlərinin "həddindən artıq” mənfəətinə vergi tətbiq edilməsi imkanlarını öyrənir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” sənəd layihəsinə istinadən xəbər verir.
Redaksiyanın tanış olduğu "Təcili elektrik təchizatı vasitələri” haqqında qərar layihəsində nə Rusiya qazının qiymətinin yuxarı həddi, nə də digər idxal qazına oxşar qadağalar barədə məlumat var.
Xatırladılır ki, ötən həftə Aİ-yə üzv ölkələr Rusiya qazının qiymət limitləri ilə bağlı razılığa gələ bilməyiblər. Artıq Aİ-nin enerji şirkətlərinin yüksək gəlirlərinə yeni vergilər qoymağa başlayacağı gözlənilir. Sənəd layihəsində vergi dərəcəsinin ölçüsü göstərilmir.
AK prezidenti Ursula fon der Leyen sentyabrın 14-də elektrik enerjisinin qiymətlərinin artması ilə mübarizə planını açıqlamağı planlaşdırır. Qəzet aydınlaşdırır ki, sənədə hələ də düzəlişlər edilə bilər, lakin artıq aydındır ki, AK Rusiya qazının tədarükünün təklif olunan məhdudlaşdırılması üçün Aİ dövlətlərindən kifayət qədər dəstək alacağına şübhə edir.
The Guardian həmçinin xatırladır ki, Rusiyadan böyük həcmdə qaz idxal edən Aİ-yə üzv dövlətlər, o cümlədən Macarıstan, Slovakiya və Avstriya yanacaq tədarükünün məhdudlaşdırılmasına qarşı çıxış ediblər, çünki onlar Kremlin bu ölkələri tənəzzülə sürükləyərək yanacağı tamamilə dayandıracağından ehtiyat edirlər. 
Bundan əvvəlReuters xəbər vermişdi ki, Rusiya qazına "qiymət tavanı” tətbiq etmək təklifi Avropa İttifaqında geniş dəstək almayıb. Bundan əlavə, The Telegraph yazır ki, Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığı Avropa İttifaqını qaz qiymətlərinə tavan tətbiq etmək ideyasından imtina etməyə məcbur edib.
Alpər