
Qəzet baş nazirin karikaturasını yayımlayıb.
Böyük Britaniyanın nüfuzlu “Guardian” qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın karikaturasını yayımlayıb. Anspress-in xarici mətbuata istinadən veridiyi məlumata görə, Gezi parkı hadisələrinin təsvir olunduğu karikaturada Ərdoğan filə bənzədilib.
Karikaturaçı Steve Bell Ərdoğanı təzyiqli su maşının üzərində fil xortumu ilə su fışqırdarkən təsvir edib.
Karikaturada polisin sərt müdaxiləsi də tənqid edilib. Belə ki, qaz buludunun içində əllərində dəyənək olan polislər təsvir olunub.
Qaynar.info

