
Avstraliyanın Brisben şəhəri təbii fəlakətlə üzləşib.
Qaynar.info "Report"a istinadən xəbər verir ki, güclü külək binalara ziyan vurub, avtomobil və yüngülmotorlu təyyarələri çevirib. "Şəhərin cənub ətraflarında qolf topu ölçüsündə dolu və 141 km/saat külək qeydə alınıb", - deyə ölkənin Meteorologiya Bürosunun məlumatında bildirilir.
Külək güclü leysan yağışları ilə müşayiət olunub. Meteoroloqlar daşqınların ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Qaynar.info