İndoneziyanın şimal-qərb sahillərində Rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ olub. Ölkədə sunami təhlükəsi elan edilib. Qaynar.info azvision.az-a istinadən xəbər verir ki, zəlzələnin episentri Şimali Molukki əyalətində Xalmaxeranın adasının qərb hissəsindən 132 və 137 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı Mollukka dənizində, yerin 48 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində ölən və ya dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, İndoneziya dünyanın ən seysmik zonasında yerləşir. 2009-cu ildə minlərlə insan Sumatrada baş verən zəlzələnin qurbanı olub. 2004-cü ildə isə güclü zəlzələdən sonra baş verən sunami 12 ölkədən yüzminlərlə insanın ölümünə səbəb olmuşdu.
Qaynar.info