Xəbər lenti

Güldən Ərdoğana daha bir mesaj
Dünya13:56 18.06.2013

Güldən Ərdoğana daha bir mesaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Abdullah Gül Ankarada jurnalistlərlə birgə mətbuat konfransı keçirib. 

Qaynar.info-nun türk mətbuatına istinadən verdiyi məlumata görə, Gül açıqlamalarında Gəzi hadisələrinə də toxunub. 

Onun sözlərinə görə, sakitliyin əldə olunması üçün qarşılıqlı dialoqlar olduqca vacib idi: "Önəmli olan parkla bağlı orada başlayan etirazların yatırılması idi. Bir dialoqun qurulması vacib idi. Bununla bağlı qarşımızda uzun müddət var. Dolayısıyla indi artıq bununla bağlı hər kəsin düşüncəsini azad şəkildə söyləməsi lazımdır". 

Açıqlaması zamanı Abdullah Gül baş nazir Ərdoğana da mesaj göndərməyi də unutmayıb: "Bir Türkiyə olaraq bu olaylardan hamımız sarsıntı keçirdik. Hamımızın alacağı dərslər var. Yoxsa özümüzə ziyan verməyə başlayarıq. Asan deyil, 10 ildə qazandığınızı 1 həftədə itirə bilərsiniz. Türkiyəyə haqsızlıq etməməlisiniz. Nöqsanlar, çatışmazlıqlar ola bilər. Bunların hamısı düzəldilə bilər. İnsanlar etirazları varsa dinc şəkildə çatdıra bilərlər.  Əgər şiddət olarsa haqlı etiraz haqsıza çevrilər". 

Qaynar.info