
Türkiyə prezidenti Abdulla Gül Suriyadakı gərginliklə bağlı yeni açıqlama verib.
Abdulla Gül ilk dəfə bir ölkənin ballistik raketlərdən öz xalqına qarşı istifadə etdiyini deyib.
Kimsənin Suriyada qan tökülməsini istəmədiyini, problemin diplomatik yolla həll edilməli olduğunu söyləyən Türkiyə prezidenti qeyd edib ki, Rusiya və Çin bu böhranın həlli prosesinə daxil olmalıdır: "Öz xalqına qarşı ballistik raketdən istifadə edən bir hökumət var. Bu vətəndaş müharibəsinin Suriyanı daha çox tükətməyəcəyinə ümid edirik. Ortada nə qədər üzücü bir vəziyyət var. Xaricdən aldığı raketləri xalqına çevirən bir hökumət var. Bu, çox ağır bir şeydir. Bu iş bitməlidir. Bu işin bitməsi dünya sülhü üçün çox mühümdür".
Qaynar.info