Fətullahçı Terror Təşkilatının (FETO) lideri Fətullah Gülənin otağı ilə bağlı maraqlı bir detal məlum olub.
Qaynarinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Gülənin otağındakı kitab rəfində müəllifi Veysel Ayhan olan "Çevriliş Oyunu" (Darbe Oyunu) kitabı diqqət çəkib.
ABŞ-ın Pensilvaniya ştatındakı malikanəsində dünyanın nüfuzlu media orqanlarının nümayəndələri üçün mətbuat konfransı keçirən Fətullah Gülən Türkiyədəki çevriliş cəhdindəki iştirakını təkzib edirdi. Mətbuat konfransından sonra Gülənin otağına baş çəkən jurnalistlərin çəkdirdikləri görüntülərdə maraqlı metallar var. Otaqda kağız sənədləri məhv edən aparatın olması və Gülənin çevrilişlə bağlı kitab oxuması təsadüfi sayılmır.
Qeyd edək ki, sözügedən kitabın müəllifi olan Veysel Ayhan “Zaman” qəzetində çalışıb. FETO təşkilatına bağlı olması səbəbindən barəsində həbs qərarı var.
Qaynarinfo.Az