
Təhlükəsizlik Xidməti, Qaçaqçılıq və Mütəşəkkil cinayətlərlə Mübarizə Şöbəsi qrupları, çevriliş cəhdi ilə bağlı istintaq zamanı İstanbul Eskişəhərin mərkəzindəki 3 ünvanda eyni anda əməliyyat keçirib.
Milli.Az Türkiyə mediasına istinadən bildirir ki, əməliyyat nəticəsində Fəthullah Gülənin qohumu olmaqla iki məmur və bir jurnalist həbs olunub.
Haqqında həbs qərarı çıxarılan Dövlət Su İşlərinin (DSİ) 3 saylı idarəsinin məmuru Nurettin Səid Avcı və Necdət Aydın ilə yanaşı "Zaman" qəzetinin Eskişəhərdəki sabiq müxbiri Mehmet Kuruyu da nəzarətə götürülüb. Nurəddin Səid Avcının FETÖ lideri Fətullah Gülənin qohumu olduğu öyrənilib.
Avcı və Aydının ev və iş yerlərinə baxış zamanı, FETÖ-yə aid sənədlər ələ keçirilib. Kurunun evində isə "1 dollar" və müxtəlif vəsaitlər tapılıb.
Qaynarinfo.Az

