
Qaynar.info xəbər verir ki, bu sözləri movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov söyləyib. Onun sözlərinə görə, Elşad Abdullayevin yaydığı video material heç bir halda sübut kimi istifadə oluna bilməz: "Bu Konstitutsiyamıza ziddir. Elşad gündə bir rəqəm açıqlayır ki, filankəsə 3 milyon vermişəm, behmankəsə 2 milyon vermişəm. Öncə Elşad Abdullayev ölkəyə gətirilib sorğu-sual edilməlidir ki, həmin vaxt o qədər pul onda haradan olub? Yaxud ümumiyyətlə olubmu? Əgər olubsa o pulları necə əldə etməsi, həmin məbləğin vergisini ödəyib-ödəməməsi ilə bağlı əlində sənəd varmı? Yox, əgər qanunsuz yollarla əldə edibsə, tələbələri aldatma yolu ilə yığıbsa bu qədər varidatı, bunun da hesabı sorulmalıdır Elşad Abdullayevdən. Elşad ölkəyə gəlib bütün bu suallara cavab verdikdən sonra, Gülər Əhmədova da istintaqa ifadə verəcək. Yoxsa Elşad Abdullayevin yaydığı video materiallar heç vaxt istintaq hərəkətlərinin aparılması üçün əsas sayıla bilməz”.
Qaynar.info