Xəbər lenti

Güləş üzrə dünya çempionatı Azərbaycana verilmədi
İdman18:02 14.11.2022

Güləş üzrə dünya çempionatı Azərbaycana verilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.
Qaynarinfo Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürmüşdü.
Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.