İdman 11:42 31.05.2022

Güləşçilərimiz Türkiyədə bir qızıl, iki bürünc qazandı

Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsində 4 çəki dərəcəsində iştirak edən millimizin üzvləri 3 medal qazanıblar.

Qaynarinfo xəbər verir ki, qrup mərhələsini 4 güləşçimiz uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb. Ramiz Həsənov (70 kq) və Omid Kamaliagdam (80 kq) bürünc medal əldə ediblər. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak etməyib.

Çimərlik güləşi üzrə millimiz yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.

Səbuhi Həsənov