Xəbər lenti

Gülnarə Kərimovanın yaxın adamı həbs olundu
Dünya10:10 29.01.2014

Gülnarə Kərimovanın yaxın adamı həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvanın Şeremetovo aeroportunda Fransa vətəndaşı 48 yaşlı biznesmen Erik Kokini saxlanılıb.

Qaynar.info
xəbər verir ki, o, Özbəkistan ərazisində iqtisadi cinayətlər törətməkdə ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Özbəkistan tərəfindən beynəlxalq axtarışa verilən Kokini istintaqdan qaçmaq üçün gizlənirmiş. Saxlanılan şəxsi çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur.  

"Ferqana" agentliyi bildirir ki, Kokini bir neçə il əvvəl Özbəkistan ərazisində fəal sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş .Həmçinin, Daşkəndə ətriyyat məhsullarının gətirilməsində və prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova üçün bu biznesin yaradılmasında iştirak edib.

Qaynar.info