Xəbər lenti

Gülnarə Kərimovaya daha bir cinayət işi açıldı
Dünya14:46 06.01.2020

Gülnarə Kərimovaya daha bir cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova barəsində daha bir cinayət işi yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. 
Gülnarə "hədə-qorxu ilə pul tələb etmə", "büdcə vəsaitlərini talama" və "qanunsuz vəsaitlərin xaricdə leqallaşdırılması” maattələri ilə ittiham edilib. Cinayət işi məhkəməyə göndərilib.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən həbsdədir. O, bundan əvvəl "mənimsəmə”, "hədə-qorxu ilə pul tələb etmə” və digər cinayətlərdə ittiham olunub. Sabiq prezident qızı 5 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan daha 10 il həbs cəzası əlavə olunmuşdu.