Xəbər lenti

Gülnarə Kərimovaya qarşı 865 milyon dollarlıq rüşvət iddiası
Dünya07:30 09.03.2019

Gülnarə Kərimovaya qarşı 865 milyon dollarlıq rüşvət iddiası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya qarşı 865 milyon dollarlıq rüşvət iddiası irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, iddiaya görə, Kərimova Rusiyanın "MTS" və "VimpelCom", İsveçrənin "Telia" şirkətindən 2001-2012-ci illərdə Özbəkistanda fəaliyyət göstərə bilmələri üçün 865 milyon dollar alıb. Həmin məbləğ ABŞ üzərindən Gülnarə Kərimovaya verilib. Təkcə "MTS" şirkəti Özbəkistandakı rüşvət qalmaqallarına görə ABŞ-da 850 milyon dollar cəza ödəməyi öhdəliyinə götürüb.
Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildən bəri Özbəkistanda ev həbsində saxlanılırdı. O, ötən günlərdə qaydaları dəfələrlə pozduğu üçün həbsxanaya göndərilib.
Gülşən