ABŞ-ın Nevada ştatının sakini günahsız yerə həyatının 35 ilini həbsxanada keçirib və buna görə məhkəmənin qərarı ilə 3 milyon dollar təzminat alıb.
1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlində ittiham olunaraq 35 il həbs cəzasına məhkum edilib. Cinayət 1976-cı ildə baş verib. Bir müddət sonra Nevada ştatının məhkəməsi hökmü ləğv edib. Lakin 1984-cü ildə qadın təkrar mühakimə olunub və Ali məhkəmə hökmü qüvvədə saxlayıb.
Maddi sübutlar 1976-cı ildə mövcud olmayan müasir DNT analiz texnologiyaları vasitəsi ilə təkrar tədqiq edildikdən sonra Keti Vudsun təqsirsizliyi sübuta yetirilib. Əsl qatil, daha beş qadını öldürən Rodni Holbauer isə 2018-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, bundan öncə Miçiqan ştatının hakimiyyət orqanları 46 il həbsxanada saxlanılan günahsız amerikalı Riçard Fillipsə 1,5 milyon dollar təzminat ödəmişdi.