ABŞ-da Alfred Çestnat, Ransom Uatkins və Endryu Süart adlı 3 dost törətmədikləri cinayət səbəbindən 36 il həbsdə qaldıqdan sonra azadlığa çıxıblar.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 1983-cü ildə 14 yaşlı bir şagirdin ölümündə ittihamı olunaraq həbsə atılan 3 dost ötən gün məhkəmədən sərbəst buraxılıblar. Əyalət prokuroru günahsız olduqları halda 36 il həbsdə saxlandıqları üçün onlardan üzr istəyib.
"Bir həbsxana kamerasını əsla görməməli idiniz. Sistem adından sizdən və ailələrinizdən üzr istəyirəm", - deyə prokuror bildirib.
3 dostun cinayət işinin araşdırılmasına Alfred Çestnatın məhkəmə qeydlərini əldə etmək istəməsindən sonra başlanılıb. Prokurorluq işi yenidən gözdən keçirəndə məlum olub ki, şahidlərin çoxu cinayəti başqa bir şagirdin törətdiyinə dair ifadə veriblər. Həmin şəxsin isə 2002-ci ildə dünyasını dəyişib. Həmçinin Çestnat, Uatkins və Stüardın qatil olduqlarını deyən dörd nəfərin isə məhkəmədən öncə onları fotolarından təyin edə bilmədikləri bəlli olub. Şahidlər ifadələrinin ailələri yanlarında olmadan alındığını deyiblər.
36 il sonra azadlığa çıxan Çestnat daim bu günü gözlədiyini, Endryu isə həyatının hələ yeni başladığını ifadə edib.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//