Xəbər lenti

Günahsız yerə 39 il həbsdə qaldı, milyoner oldu - VİDEO
Dünya08:55 21.03.2015

Günahsız yerə 39 il həbsdə qaldı, milyoner oldu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da işləmədiyi cinayətə görə, 39 il həbsdə qalan Rikki Ceksonun təzminat tələbi ilə qaldırdığı iddia təmin olunub. 

Anspress-in məlumatına görə, ABŞ Ədliyyə nazirliyinə qarşı qaldırılan iddia barədə Ohayo məhkəməsi ötən gün yekun qərarını verib. 

Bu qərara əsasən ABŞ dövləti 39 il günahsız yerə həbsdə qalan Rikki Ceksona 1 milyon dollar təzminat ödəyəcək. 

Qərarı eşidən Ceksonun reaksiyası isə həm həyəcanlı, həm də sevincli olub:

“Vaov! Bu çox əla bir xəbərdir” – deyə zərərçəkmiş sevincini gizlədə bilməyib. 

59 yaşlı Riki Cekson 1975-ci ildə Harold Franksı öldürməkdə ittiham olunmuşdu. Həmin tarixdə Ceksonun 39 il günahsız yerə həbs olunması üçün 13 yaşlı uşağın şahidliyi kifayət eləmişdi. 

Qaynar.info