Xəbər lenti

Günəş işığı olmadan tərəvəz yetişdirildi
Dünya16:50 08.04.2018

Günəş işığı olmadan tərəvəz yetişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Antarktikada tədqiqat aparan alimlər Marsa səyahət zamanı insanların qida ehtiyacını qarşılamaq üçün işlərə davam edirlər.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Günəş işığı olmadan tərəvəz yetişdirmək layihəsi üzərində işləyirlər. 
Almaniyaya məxsus "Neumayer III" stansiyasında işləyən alimlər 3,6 kq kahı, 18 ədəd xiyar və 70 ədəd turp yetişdirə biliblər. Mütəxəssislər proses üçün su dövriyyəsi təmin edib, LED lapmalarından istifadə edib, karbondioksid miqdarını tənzimləyiblər.
Layihənin mühəndislərindən olan Paul Zabel bildirir ki, proses zamanı güclü külək, sistemin işləməməsi kimi problemlərlə qarşılaşıblar, lakin bunlar uğurlu nəticə əldə etməyə mane olmayıb. Alimlər gələcəkdə həftədə 4-5kq tərəvəz istehsal etməyi planlaşdırır.
Tədqiqatın məqsədi bu qidaları yetişdirmək çətin və ya qeyri-mümkün olan yerlərdə prosesi həyata keçirməkdir.
Gülşən